Şrift:
“Traxtur”-“Neft” görüşü bərabər hesabla sona çatıb
23.08.2019 [10:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
əbər verdiyimiz kimi, İranda ölkə klublarının 19-cu super liqa yarışları bu həftə start götürüb.



Yarışların birinci həftəsində Güney Azərbaycanın “Traxtur” futbol komandası “Məscid Süleyman” şəhərində Neft klubunun qonağı olub.



Cümə axşamı günü Təbriz vaxtı ilə saat 20:45-də Behnam Məhəmmədi stadionunda baş tutan görüşdə heç bir komanda tərəfindən qol vurulmayıb. Bununla da “Traxtur”-“Neft” oyunu 0:0 bərabər hesabla sona çatıb və Azərbaycan komandası 1 xal (imtiyaz) əldə edərək Təbrizə qayıdıb.



“Traxtur” klubu super liqa yarışlarının ikinci həftəsində Tehranın “Perspolis” komandasını öz meydançasında qəbul edəcək.
Bu xəbər oxucular tərəfindən 365 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed