Şrift:
Azərbaycanlı ana övladı üzərində “farsca yetərlilik” testinin tətbiq olunduğu barədə danışıb – VİDEO
23.08.2019 [10:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir azərbaycanlı ana Təbriz məktəblərində “farsca yetərlilik” testinin tətbiq olunduğu barədə video yayaraq məlumat verib.



Təbrizli ana sözügedən testin övladı üzərində tətbiq olunduğunu bildirib.



“Avqustun 19-da uşağı Təbrizin Zəfəraniyyə məhəlləsində yerləşən “Hümmət” məktəbinin Qiymətləndirmə Mərkəzinə göndərdilər. Müraciət etdikdən sonra usağı farsca bilmədiyi üçün çox qınadılar. Heyvanların şəkilini ona göstərib fars dilində adlarının nə olduğunu soruşdular. Lakin uşaq suallara cavab verə bilmədi. Ona görə ki, biz onunla heç vaxt fars dilində söhbət etməmişik.

Bundan sonra bizə bir anket verib, əyalətdəki daha bir mərkəzdə növbəti dəfə testin tətbiq olunacağını bildirdilər.”-deyə o qeyd edib.



Bundan sonra azərbaycanlı xanım məktəb məsulları ilə əlaqə saxlayaraq uşağının üzərində “farsca yetərlilik” testinin tətbiq olunmasını bildirib. Lakin onlar faktı inkar edərək sözügedən testin Təbrizdə tətbiq olunmadığını bəyan ediblər.

Təhsil Nazirliyinin başlatdığı “farsca yetərlilik” testi Güney Azərbaycanın bir neçə şəhəri, o cümlədən Meşginşəhr, Makı, Şot və Təbriz şəhərlərində tətbiq olunub, bu barədə danılmaz faktlar da var. Lakin buna baxmayaraq Təhsil Şöbələrinin məsulları və hökumətin əlaltısı olan bəzi yerli məsullar bu barədə yayılan xəbərləri təkzib edir.



İran dövlətinin xəbər agentliyi “İrna” da iyulun 31-də ““farsca yetərlilik” testi qalmaqalı, dövlətin nailiyyətinə qarşı çıxmayın” başlıqlı bir mətn dərc edərək sözügedən testin məktəblərdə tətbiq edilməsini təsdiqləmişdir.

Agentlik mövzu ilə bağlı Qərbi Azərbaycan Əyalətinin Makı və Şot şəhərlərindən olan iki valdeyindən müsahibə almışdır. Valdeyinlər testin uşaqlar, o cümlədən övladlarının üzərində tətbiq olunduğunu təsdiq etmişdir.

Bu xəbər oxucular tərəfindən 49 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed