Şrift:
Dağıstanın hakimiyyət orqanları kəndi turistlərdən qorumağa çağırırlar
24.08.2019 [10:48] - Dərbənd
Dağıstanın qədim Qamsutl kəndini turistlərin vandalizmindən qorumaq üçün onun mədəni dəyəri müəyyən olunmalıdır. Bunun üçün isə ekspertiza lazımdır.

Bunu Dağıstan Respublikası Mədəni İrsin Mühafizəsi Agentliyinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Zairə Musalova RİA “Novosti” agentliyinə bildirib.

Turistlər arasında populyar olan Qamsutl Dağıstan dağlarında tərk edilmiş qədim kənddir. Bu kəndi çox vaxt ruhlar kəndi də adlandırırlar. Daha əvvəl KİV-lərin yaydığı məlumata görə, naməlum şəxslər Qamsutlda qədim evin giriş qapısının tağında üzərində təsvirlər və mətn olan qiymətli dekorativ daşları söküb aparıblar. Bundan sonra respublika sakinləri və bloqqerlər sosial şəbəkələrdə kənddə ekskursiyanın qadağa edilməsinin zəruri olduğunu bildiriblər.

Musalova deyib: “Elə bloqqerlər var ki, onlar Qamsutl kəndinə ekskursiyaya qadağa qoyulmasının lazım olduğunu düşünürlər. Bu aulda iki qalamız var. Bizim yalnız onları mühafizə etmək səlahiyyətimiz var. Prinsipcə, qadağa prosedurlarına başlamaq olar, lakin bu, yetərincə zəhmətli işdir”.

Onun sözlərinə görə, bunun üçün regional hakimiyyət orqanları hüquq müəyyənedici sənədləri qaldırmalıdırlar.

Musalova deyib: “Axı, bu kənddir, vaxtilə burada insanlar yaşayıblar və hətta köçüb getsələr belə, mülkiyyət barədə sənədlər qaldırılmalıdır. Turistlərin gəlişini məhdudlaşdırmaq üçün obyektin mədəni dəyərini qiymətləndirmək, bunun üçün ekspertiza aparmaq, onun konservasiya edilib-edilməməsinin vacibliyini aydınlaşdırmaq lazımdır”.
Bu xəbər oxucular tərəfindən 150 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed