Şrift:
Azərbaycan Orta Asiya Gənclər Festivalında təmsil olunur
24.08.2019 [10:54] - Gənclik
Azərbaycan Qazaxıstanda keçirilən Orta Asiya Gənclər Festivalında yeddi nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunur.

Almatıda təşkil olunan festivala Azərbaycan ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Türkiyədən 18-29 yaşlı 300-dən çox gənc qatılıb.

Qazaxıstanda Gənclər ili çərçivəsində Birinci Prezident Fondu və Almatı Akimliyi (qubernatorluğu) tərəfindən təşkil edilən festival gənclərin siyasi biliklərini və fəal vətəndaşlıq mövqeyini inkişaf etdirmək məqsədi daşıyır.

Festivalın açılışında Qazaxıstan Respublikasının Birinci Prezident Fondunun icraçı direktoru Aset İsakeşev, Almatı akimi Baxıtjan Saqintayev, İnformasiya və İctimai İnkişaf nazirinin müavini Marat Azilxanov çıxış ediblər. A.İsakeşev forumun Orta Asiya və qardaş xalqların konstruktiv dialoqunun yeni bir modeli olduğunu vurğulayıb.

Festivalın sessiyalarında informasiya texnologiyalarının və kibertəhlükəsizliyin inkişafı, tələbələrin iş və peşə seçimi istiqamətləri, miqrasiya, intellektual kapitalın qorunması və s. mövzular müzakirə olunub.

Siyasi və ictimai xadimlər, gənc liderlər müzakirələrdə və iclaslarda fəal iştirak ediblər.

Festivala avqustun 24-də yekun vurulacaq.
Bu xəbər oxucular tərəfindən 83 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed