Şrift:
Qəzvində baş verən yanğında bir nəfər ölüb
24.08.2019 [10:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Qəzvin şəhərində mağazada baş verən yanğında bir nəfər yanaraq həyatını itirib.



Hadisə cümə günü günorta saatlarında Qəzvinin Moləvi xiyabanında birdəfəlik istifadə olunan malların satış mağazasında baş verib.



Məlumata görə, 22 yaşlı gənc mağazada gizli kamera quraşdırdığı zaman qəflətən yanğın baş verib. Gəncin alovlar içində qalan mağazadan qaçması mümkün olmayıb, o yanaraq həyatını itirib.



Hadisə zamanı bir nəfərin də xəsarət aldığı bildirilir.

Yanğın yanğından mühafizə qrupu tərəfindən söndürülüb.



Hadisənin təfərratı araşdırılır.



İranda yanğın kimi hadisələr əksər zaman vaxtında söndürülmədiyindən böyük itkilərə səbəb olur. Son günlərdə Güney Azərbaycanın Qaradağ meşələrində baş verən yanğın təxminən bir həftə davam etdi. Aidiyyatı idarələr, xüsusi ilə Tehrandakı məsullar baş verən hadisəyə laqeyd qaldıqları üçün 300 hektardan çox meşə sahəsi yanaraq sıradan çıxdı. Yanğının vaxtında söndürülməməsi güney azərbaycanlılar və bəzi yerli məsulların kəskin etirazına səbəb olub.
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed