Şrift:
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub
26.08.2019 [11:12] - Gündəm, Hərb
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 20 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Yusifcanlı, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.
Bu xəbər oxucular tərəfindən 45 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed