Şrift:
"Qarabağ"dan daha bir qələbə
26.08.2019 [12:04] - Gündəm, İdman
Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

"Azersun Arena"da keçirilən qarşılaşmada "Qarabağ" "Qəbələ"ni qəbul edib.

Oyun Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 61-cı dəqiqədə Riçard Almeyda penaltini dəqiq yerinə yetirib. 63-cü dəqiqədə isə Maqaye Qeye fərqi iki topa çatdırıb. 79-cu dəqiqədə Abdullah Zubir qonaq komandanı növbəti dəfə məyus edib.

Bu nəticədən sonra "Qarabağ" 6-cı xalını qazanıb.

Qeyd edək ki, turun digər oyunlarında "Keşlə" səfərdə "Sabah"ı (1:0), "Səbail" isə səfərdə "Sumqayıt"ı məğlub edib (3:0). İkinci tura sabah keçiriləcək "Zirə" - "Neftçi" oyunu ilə yekun vurulacaq.
Bu xəbər oxucular tərəfindən 60 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed