Şrift:
Millimiz Avropa çempionatında Macarıstana qalib gəldi
27.08.2019 [10:45] - İdman
Macarıstanın paytaxtı Budapeştdə qadın voleybolçular arasında Avropa çempionatı davam edir.

C qrupunda yer alan Azərbaycan millisi 3-cü turda ev sahibi Macarıstanla qarşılaşıb. Komandamız qrupda ilk "4-lük"ə düşmək üçün mütləq qalib gəlməli idi ki, bunu da bacarıb. Yığmamız 3:0 hesablı qələbə qazanıb.


C qrupunun digər matçında Hollandiya ilə Xorvatiya üz-üzə gəlib. Hollandlar bu görüşdə də qalib gəlməklə (3:0) birinci pillədəki mövqelərini gücləndiriblər.

Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alıb. Qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed