Şrift:
Türkiyə Superliqasında ikinci tura yekun vurulub
27.08.2019 [10:59] - İdman
Avqustun 26-da futbol üzrə Türkiyə Superliqasının ikinci turuna yekun vurulub.

Turun sonuncu oyununda “Qazişəhər Qaziantep” öz meydanında “Gənclərbirliyi” komandası ilə qarşılaşıb. "Qaziantep" stadionunda keçirilən görüşdə meydan sahibləri qonaq komandanı darmadağın ediblər.

Matçda hesabı 32-ci dəqiqədə “Qazişəhər Qaziantep” komandasının hücumçusu Olarenvaju Kayode açıb. Cəmi səkkiz dəqiqə sonra O.Kayode dublunu rəsmiləşdirib. Meydan sahibləri 56-cı dəqiqədə Güray Vuralın qolu ilə rəqiblərini növbəti dəfə mərkəzdən başlamağa məcbur ediblər. "Gənclərbirliyi" 69-cu dəqiqədə Berat Özdəmirin vurduğu qolla hesab arasındakı fərqi azaldıb. Qarşılaşmada sonuncu qolu qazianteplilərin futbolçusu Oğuz Ceylan 72-ci dəqiqədə vurub. Beləliklə, “Qazişəhər Qaziantep” görüşdə rəqibini 4:1 hesabı ilə məğlub edib.

İki turdan sonra Türkiyə çempionatında “Fənərbağça” komandası altı xalla liderdir.
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed