Şrift:
Ərdoğan: "Putinlə İdlibdəki vəziyyəti müzakirə etdik"
28.08.2019 [10:38] - Gündəm, Siyasət
"Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə Suriya məsələsini müzakirə etdik".



APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşünün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib. O, Rusiya Prezidenti ilə Suriyanın İdlib əyalətindəki məsələyə toxunduqlarını söyləyib: "Ötən ilin sentyabrında Soçidə İdliblə bağlı razılıq əldə etmişdik. Təəsüflər olsun ki, Suriyanın hökumət ordusu mülki obyektlərə zərbələr endirirərək, bu razılaşmanı pozdular. Onların son aylar fəaliyyəti nəticəsində həmin bölgədə 500-dən çox insan ölüb, 200-ə yaxın insan yaralanıb. Hazırda 3,5 milyon suriyalı öz ölkəsindən kənarda yaşayır. Türkiyədə isə 3,6 milyon suriyalı qaçqın yaşayır".



Ərdoğanın sözlərinə görə, Suriya hokuməti ordusu terrorla mübarizə pərdəsi altında göydən mülki insanların üzərinə bomba yağdırır: "Bu, həmin bölgədə vəziyyəti mürəkkəbləşdirir. Hərbçilərimiz təhlükə altındadırlar. Biz bunu istəmirik. Burada dəyərli dostum Putinə də dedim ki, İdlibdə təhlükəsizliyin təmin olunması ilə bağlı Astana prosesi çərivəsində və ötən il Soçidə əldə olunan razılaşmaları yerinə yetirə bilərik. Soçi memarandumu da regionda təhlükəsizliyə öz töhvəsini verməlidir".



R.T.Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünə sadiq qaldıginı bir daha təsdiqlədiklərini vurğulayıb: "Biz Rusiya üçün həssas məsələlərə çox hörmətlə yanaşırıq".

Ərdoğan Putinlə ikitərəfli görüşdə Liviyadakı, Kəşmir, Yaxın Şərqdəki məsələləri müzakirə etdiklərini də qeyd edib: "Regionda sülhün bərqərar olunması üçün nələri edə biləcəyimiz müzakirə etdik".
Bu xəbər oxucular tərəfindən 56 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed