Şrift:
Səmərqənddə keçirilən konfransda Azərbaycan alimləri də iştirak edib
28.08.2019 [11:21] - Mədəniyyət
UNESKO-nun himayəsi altında Səmərqənddə “Maddi və qeyri-maddi mədəni irsin qorunması: aktual problemlər və strategiyalar” adlı beynəlxalq konfrans keçirilib.

Tədbirdə dünyanın 30-dan artıq ölkəsindən gələn 300-dən çox şərqşünas alim, ekspert, UNESKO-nun yüksək səviyyəli nümayəndələri iştirak edirlər.

Konfransa Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayevin rəhbərliyi ilə ölkəmizdən gələn alimlər də qatılıb.

Tədbiri Özbəkistanın Baş Naziri Abdulla Aripov açaraq maddi və qeyri-maddi mədəni irsin qorunması sahəsində ölkədə görülən işlər haqqında məlumat verib, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakçılara təbrik məktubunu oxuyub.

Sonra UNESKO-nun Baş direktoru Odri Azule bildirib ki, maddi və qeyri maddi dəyərlərin qorunması, mədəniyyətlərarası dialoqun inkişafında universal dil olan musiqinin inkişafı sahəsində Özbəkistanda çox iş görülüb.

Səmərqəndi “Şərqin mirvarisi” adlandıran MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib ki, hər dəfə bu qədim şəhərə gələndə, onun təkrarsız abidələrinə baxmaq heyranlıq doğurur.

Konfransın bölmələr üzrə keçirilən iclaslarında Azərbaycan alimlərinin çıxışları da dinlənilib.
Bu xəbər oxucular tərəfindən 434 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed