Şrift:
Tezliklə Bakı-Məşhəd və Bakı-Tehran-Kərbəla avtobus marşrutları istismara veriləcək
28.08.2019 [11:25] - İqtisadiyyat
Yaxın günlərdə Bakı-Məşhəd və Bakı-Tehran-Kərbəla avtobus marşrutları istismara veriləcək.

Bu sözləri İranın Yollar və Şəhərsalma Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Mənüçöhr Salmanzadə deyib. O nəzərə çatdırıb ki, göstərilən marşrut üzrə həm İran, həm də Azərbaycan şirkətlərinə məxsus olan avtobuslar hərəkət edəcək.

Yerli mətbuata açıqlama verən M.Salmanzadə bildirib ki, qarşılıqlı razılaşmaya əsasən Azərbaycan ərazisindən tranzit kimi istifadə edən yük maşınlarının rahatlığı təmin ediləcək. İlk növbədə, gömrük rəsmiləşdirilməsi və yüklərin daşınması üçün rüsum ödənilməsi asanlaşacaq.

Ötən ay Bakıya etdiyi səfəri xatırladan M.Salmanzadə qeyd edib ki, səfər çərçivəsində faydalı görüşlər keçirib. Bu görüşlərin və əldə edilən razılaşmalara əsasən iki yaxın qonşu və dost dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlıq əlaqələri daha da genişlənəcək, hər iki dövlətin turizmin sektorunun inkişafına əhəmiyyətli təkan verəcək.
Bu xəbər oxucular tərəfindən 74 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed