Şrift:
Təbrizin “Məqbərətül şüəra”sının milli layihələr siyahısından çıxarılması və Mədəniyyət İdarəsinin laqeyd münasibəti...
28.08.2019 [11:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan İslami İrşad və Mədəniyyət İdarəsi əyalətin əsas mədəniyyət infrastrukturlarından olan “Məqbərətül şüəra”nı (“Şairlər məqbərəsi”) bərbad vəziyyətdə və heç bir büdcə vəsaiti olmadan Bələdiyyə İdarəsi və Mədəni İrs İdarəsinə buraxıb.



“Fars” xəbər agentliyi mədəniyyət məkanının heç bir büdcə vəsaiti olmadan təcili şəkildə Bələdiyyə İdarəsinə təhvil verilməsini tənqid edərək həmin tarixdən binanın daha da baxımsız vəziyyətə düşdüyünü qeyd edib.



“Məqbərətül şüəra” İrşad və Mədəniyət İdarəsinin nəzarətində olduğu müddətdə hər zaman idarənin diqqətindən kənarda qalıb, idarə mədəniyyət məkanı və onu ziyarət edənlər üçün lazım olan heç bir işi yerinə yetirməyib.



“Məqbərətül şüəra”-nın binasında 2013-cü ilədək müəyyən problemlər yaranıb. Binada rütubət meydana gəlib, ətrafında isə yaşıllıq sahəsinin yaradılmasına ehtiyac yaranıb.

Sonra Bələdiyyə İdarəsi həmin işləri görməklə yanaşı binada təmir-bərpa işləri aparacağına söz verib. Nəhayət ki, 15 min kvadrat metr ərazidə kompleks tikiləcəyi elan olunub və layihənin icrasına başlanılıb.



Hazırda layihənin başladığından 6 ildən çox keçir. Lakin kompleks hələ də istifadəyə verilməyib və yarımçıq vəziyyətdə buraxılıb. Həmin ərazi artıq sahibsiz itlərin sığınacağına çevrilib.



Bundan əvvəl Şərqi Azərbaycan Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının rəisi “Məqbərətül şüəra”nın milli layihələr siyahısından çıxarıldığını və onun üçün büdcə vəsaiti ayrılmadığını bildirib.
Bu xəbər oxucular tərəfindən 350 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed