Şrift:
Özbəkistanda parlament seçkiləri keçiriləcək
29.08.2019 [11:04] - Türk dünyası-Turan
Dekabrın 22-də Özbəkistanda parlament seçkiləri, həmçinin vilayət, şəhər və rayon sovetlərinə seçkilər keçiriləcək.

Bu məlumatı jurnalistlərə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov açıqlayıb. O bildirib ki, seçkilər proporsional sistem üzrə keçiriləcək. Bu böyük siyasi kampaniyada Özbəkistanda fəaliyyət göstərən beş siyasi partiya iştirak edəcək.

Xatırladaq ki, hazırda Özbəkistanda “Milli Dirçəliş” Demokratik Partiyası, Xalq-Demokratik Partiyası, Liberal-Demokratik Partiyası, “Ədalət” Sosial-Demokratik Partiyası və Ekologiya Partiyası fəaliyyət göstərir.

Bu yaxınlarda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev həmin partiyaların liderləri ilə görüşüb, parlament seçkiləri müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed