Şrift:
Ermənilər hərbi maşınımızı vurdular - FOTO
30.08.2019 [10:31] - Xəbərlər, Hərb
Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.


Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 2019-cu ilin 29 avqust tarixində saat 18:30-da Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığındakı döyüş mövqeyindən Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki sərhəd döyüş məntəqəmiz snayper atəşinə tutulmuş, nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalmışdır, hərbi qulluqçular arasında xəsarət alma halı olmamışdır.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Ermənilər hərbi maşınımızı vurdular - FOTO
Bu xəbər oxucular tərəfindən 374 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed