Şrift:
Türkiyə bu gün ZƏFƏR BAYRAMINI qeyd edir
30.08.2019 [10:38] - Xəbərlər, Türkün şanlı tarixi
Bu gün qardaş Türkiyə Cümhuriyyətində Zəfər Bayramı qeyd olunur. Türkiyə Silahlı Qüvvələri Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-ölkəni yadelli işğalçılardan azad edilb və bu qələbə, tarixə Zəfər Bayramı kimi daxil olub.

Bu böyük tarixi zəfər türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsini ortaya qoyub.

30 avqust 1922-ci ildə Türkiyə Atatürkün başçılığı ilə Türkün böyüklüyünü, xarakterini nümayiş etdirib.

Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə qeyd olunub. Rəsmi olaraq Zəfər bayramı 1936-ci ilin may ayında elan olunub.

Türkiyənin Azərbaycandakı səfirliyində builki Zəfər bayramı ilə əlaqədar mərasim düzənlənib.
Bu xəbər oxucular tərəfindən 30449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed