Şrift:
Yeni Azərbaycan Kulinariya Assosiasiyası yaradılıb
30.08.2019 [11:16] - Gənclik, Mədəniyyət
Bir qrup gənc mətbəx mütəxəssislərinin təşəbbüsü ilə Yeni Azərbaycan Kulinariya Assosiasiyası yaradılıb.

Assosiasiyasının təsisçiləri aşpazlar Orxan Muxtarov, Araz Əhmədov, Sərxan Məmmədov və bloqer Fərhad Aşurbəylidir. Təşkilatın sədri isə Orxan Muxtarovdur.

Assosiasiyanın təsisçilərindən olan Fərhad Aşurbəylinin sözlərinə görə, birliyin yaradılmasında məqsəd Azərbaycan qastronomiyasının gələcək inkişafı üçün bazarı birləşdirməkdir. Assosiasiyanın hədəfləri arasında yalnız peşənin inkişafı və ölkənin aşpaz və qənnadıçılarına dəstək olmaq deyil, həm də qastronomik turizmin inkişafı və milli mətbəxin dünya platformalarında tanıdılması da var.
Bu xəbər oxucular tərəfindən 81 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed