Şrift:
Sabah yağış yağacaq
17.09.2011 [15:07] - Gündəm
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 16-21 dərəcə, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Havanın temperaturu gecə 16-21 dərəcə, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Bölgələrdə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 24-29 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Hava şəraitinin qısa icmalı

Yaxın 2 gün ərzində Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, mülayim şimal küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 1367 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed