Şrift:
Ankara Rusiyadan Su-57 təyyarələrinin alınması ilə bağlı danışıqlar aparır
31.08.2019 [10:51] - Gündəm, Hərb
Ankara və Moskva Rusiya istehsalı olan Su-57 qırıcı təyyarələrinin tədarükü ilə bağlı danışıqlar aparır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Danışıqlar aparılır. MAX-2019 aviasiya sərgisi başa çatdıqdan sonra bizim nazirliklərin nümayəndələri Rusiyada qalıb. Kreditləşmə və birgə istehsalla bağlı şərtlərimizi danışıqlar masasına qoyacağıq”, - deyə Ərdoğan jurnalistlərə bildirib.

Prezidentin sözlərinə görə, Vaşinqton Türkiyənin F-35 proqramında iştirakına dair mövqeyini dəyişməsə, Ankara vəziyyətdən çıxış yolları axtaracaq.

Avqustun 27-də Türkiyə və Rusiya prezidentləri MAX-2019 beynəlxalq aviasalonunu ziyarət edib. Rəcəb Tayyib Ərdoğan əsasən Su-35 və Su-57 qırıcı təyyarələri ilə maraqlanıb.

Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinin alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. Bu saziş Türkiyə ilə ABŞ-ın münasibətlərində çatlar yaradıb. Birləşmiş Ştatlar Ankaradan bu sövdələşməni dayandırmağı tələb edib. Əks-təqdirdə F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyini və ya tamamilə dayandırılacağını istisna etməyib. Ankara geri çəkilməyib və nəticədə Türkiyə F-35 proqramında iştirakdan kənarlaşdırılıb.
Bu xəbər oxucular tərəfindən 57 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed