Şrift:
“Traxtur” Tehranın “Perspolis” komandasını əzib keçdi
31.08.2019 [11:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın “Traxtur” futbol komandası ən prinsipial görüşlərdən birində rəqibini məğlub yola saldı.



İran üzrə futbol klublarının 19-cu super liqa yarışlarının ikinci həftəsində “Traxtur” Tehranın “Perspolis” komandasını Təbrizin səhənd stadionunda qəbul etdi. Yerli vaxtla saat 17:45 dəqiqədə başlayan oyun Azərbaycan komandasının qələbəsi ilə yekunlaşdı.



“Traxtur”a qələbə qazandıran qol oyunun 45+1 dəqiqəsində Ehsan Hacısəfi tərəfindən vuruldu. Bundan sonra hesab oyunun sonunadək dəyişməz qaldı. Bununla da “Traxtur” yeni mövsümün ikinci həftəsində ən prinsipial xarakter daşıyan görüşü 1:0 hesabı ilə başa vuraraq rəqibi “Perspolis”i məğlub yol saldı.



Görüş zamanı stadionda təxminən 80 min "Traxtur" tərəfdarının olduğu bildirilir.



Qeyd edək ki, Tehranın “Perspolis” və “İstiqlal” komandaları ilə qarşılaşma “Traxtur” və onun tərəfdarları üçün xüsusi əhəmiyyət kəsb edir. Bu təkcə rəqib komanda olduqları üçün deyil, həmin komandaların meydanında “Traxtur”la keçirilən görüşlərdə hər zaman “Traxtur” və Azərbaycan türk millətinin ünvanına təhqiramiz şüarlar səsləndirilir. Soydaşlarımızı qəzəbləndirən hadisə uzun illərdir bir ənənəyə çevrilərək sistemli şəkildə həyata keçirilir, milli təhqirə yol verən irqçilərin rejim tərəfindən cəzalandırılmaması xüsusi diqqət çəkir.
Bu xəbər oxucular tərəfindən 367 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed