Şrift:
Tahir Seyidovun doğum günüdür
31.08.2019 [13:09] - Xəbərlər, MDH
Bu gün Milli Dirçəliş Hərəkatı Partiyası Ali Məclisinin sədri Tahir Seyidovun 56 yaşı tamam olur. Bu münasibətlə partiya sədri, millət vəkili Fərəc Quliyev onu bütün partiyadaşları və hərəkat yoldaşları adından təbrik edir, ona can sağlığı, həyatında, işlərində və milli mücadilədəki fəaliyyətində uğurlar arzulayır.
Gəncliyindən Azadlıq Hərəkatına qoşulan Tahir bəy, bütün həyatı boyu milləti və vətəni uğrunda çalışan bir insandır. Vətənpərvərliyi, millətsevərliyi, mərdliyi və s. yüksək keyfiyyətləri ilə seçilən Tahir Seyidova öz ətrafında daim hörmətlə yanaşılır. Onun müsbət keyfiyyətlərindən biri də əsl Türk kişisinə layiq bir ailə başçısı olmasıdır.
Tahir bəyə həyatından cox sevdiyi övlad və nəvələrinin daim xoş xəbərlərini eşitməyi arzu edirik.
Bu xəbər oxucular tərəfindən 76 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed