Şrift:
Zelenski və Putin “normand formatı” çərçivəsində görüşəcəklər
02.09.2019 [11:51] - Gündəm, Siyasət
Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezident Vladimir Putin payız aylarında “normand formatı” çərçivəsində görüşəcəklər.

Bu barədə “1+1” telekanalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.

“Biz ikinci telefon danışığımız zamanı “normand formatı” çərçivəsində görüşmək barədə müzakirələr apardıq”, - deyə Zelenski bildirib.

Prezidentin sözlərinə görə, Qərb ölkələrinin liderlərinin iştirakı ilə keçiriləcək bu görüşdə hər hansısa vacib sazişin imzalanması mümkündür.

Qeyd edək ki, Ukrayna və Rusiya liderlərinin görüşünün sentyabrda keçiriləcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed