Şrift:
Azərbaycan ABŞ üçün çox əhəmiyyətli ölkədir - Riçard Morninqstar
29.08.2012 [11:08] - Gündəm, Siyasət
Azərbaycan ABŞ üçün çox əhəmiyyətli ölkədir. Bunu çərşənbə axşamı Bakının aeroportuna gələn ABŞ-ın Azərbaycandakı yeni səfiri Riçard Morninqstar jurnalistlərə bildirib.
"Azərbaycan höküməti ilə birgə işin başlanmasını, Azərbaycan xalqı və ölkə ilə tanışlığımı, vacib məsələlərin həll olunmasını səbirsizliklə gözləyirəm", - səfir deyib.
"Bakıda olmağımdan və səlahiyyətlərimin icrasına başlamağımdan çox şadam. Biz burada regional sabitlik, demokratiya, Azərbaycanın çox güclü və çox şəffaf ölkəyə çevrilməsi, terrorçuluqla mübarizə kimi vacib məsələlər üzrə işləyəcəyik. Əlbəttə ki, energetika da vacib məsələlərin biri olacaq", deyə Morninqstar qeyd edib.
Qeyd edək ki, iyunun 30-da ABŞ Senatı Riçard Morninqstarın Azərbaycanda səfir postuna namizədliyini təsdiq edib.
Morninqstarın bu posta namizədliyi aprel ayında ABŞ Prezidenti Barak Obama tərəfindən irəli sürülüb. Senatın Xarici əlaqələr komitəsi isə bu təklifi yekdilliklə bəyənib.
ABŞ Prezidenti Barak Obama 29 dekabr 2010-cu ildə Metyu Brayzanı Senatın razılğı olmadan Azərbaycana səfir təyin etmişdir.Ermənipərəst senatorlar Barbara Bokser və Robert Menendes təziq göstərərək, onun namizədliyinə mane olurdular.
Bu xəbər oxucular tərəfindən 1225 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed