Şrift:
Dağıstanda keçiriləcək sənətkarlar forumuna bütün Qafqazın tanınmış sənətkarları dəvət olunacaq
02.09.2019 [12:38] - Dərbənd
2020-ci ildə Dağıstanda keçiriləcək iki günlük “Gənc sənətkarlar forumu”na bütün Qafqazın tanınmış sənət adamları dəvət olunacaq.

Bu sözləri forumun rəhbəri Arsen Hüseynov deyib.

A.Hüseynov bildirib ki, 2019-cu ildə forumda 200 sənətkar iştirak edib. Dağıstan nümayəndələri bu ölkənin sablya və qılınclarını, xüsusi texnologiya ilə hazırlanmış üzərində oyma olan vazaları, bilərzikləri, sırğa və su bardaqlarını nümayiş etdiriblər.

Qeyd edilib ki, ötən forumda üç sənətkara bənzərsiz işlərinə görə pul mükafatı təqdim olunub.

Beləliklə gələn il keçiriləcək bu forumda ziyarətçilər yenidən Qafqaz xalqlarının sənətkarlıq nümunələr ilə bir daha yaxından tanış ola biləcəklər.
Bu xəbər oxucular tərəfindən 334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed