Şrift:
Rusiya Federasiya Şurasının sədri: Dağlıq Qarabağ münaqişəsinin həll olunması vacibliyinin anlayışı görünməyə başlayıb
29.08.2012 [11:12] - Gündəm, Hadisə
Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında bu məsələnin həll olunması vacibliyinin anlayışı tendensiyası görünməyə başlayıb. Bu barədə çərşənbə axşamı Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
"Hesab edirik ki, münaqişə yalnız siyasi-diplomatik yolla həll edilə bilər. Digər həll yolu yoxdur. Danışıqları və dialoqu davam etdirmək lazımdır, lakin bu danışıqlar prosesində, bu dialoqda əsas olan etimad mühitini bərpa etməkdir", - Matviyenko deyib.
Onun sözlərinə görə, iki xalq arasında etimadı bərpa etmək üçün ziyalıları, mədəniyyət xadimlərini bu işə fəal cəlb etmək lazımdır.
Matviyenkonun fikrincə, Dağlıq Qarabağ münaqişəsi hər iki tərəf üçün çox həssasdır, lakin bu problemi həll etmək lazımdır, çünki regionda təhlükəsizliyə ciddi təsir edir.
Onun sözlərinə görə, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi yaxşı məlumdur.
"Bu məsələnin həlli üzrə vasitəçi qismində Minsk qrupuna daxilik. Ölkəmizin indiki Prezidenti və onun sələfi danışıqlar prosesinin aparılması üçün hər cür səy göstəriblər. Rusiya münaqişənin sülh yolu ilə nizamlanması üzrə səylərini davam etdirəcək", - Matviyenko qeyd edib.
Bu xəbər oxucular tərəfindən 1159 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed