Şrift:
Urmu gölü ətrafında güclü duz fırtınası baş verib – VİDEO
02.09.2019 [12:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Uzun illərdir böhran içində olan Urmu gölünün ətrafında şiddətli duz fırtınası baş verib.



Göldə vəziyyət yaz aylarında artdan yağıntılar nəticəsində ötən ilə nisbətən müəyyən qədər yaxşılaşsa da ətraf ərazilərdə vaxtaşırı duz firtınaları baş verir.



Cümə günü günortadan sonra Əcəbşer-Tufarqan(Azərşəhr) yolu ətrafında baş verən fırtına soydaşlarımız tərəfindən kameraya çəkilib. Video ötən günlərdə sosial şəbəkələrdə geniş şəkildə yayılıb.

Duz fırtınası bölgə əhaliyə xeyli maddi ziyan vurub, külək bir çox ağacı yerinən qoparıb.



Məlum olduğu kimi, artıq Urmu gölünün böyük hissəsi qum və duz səhrasına çevrilib. Bu səbəbdən hər il göl ətrafındakı məntəqələrdə duz və qum fırtınaları baş verir. Bu fırtınalar milyonlarla insanın sağlamlığına ciddi təhlükə yaradır, bölgədə xərçəng kimi təhlükəli xəstəlikləri artırır.



Duz fırtınaları bölgədəki kənd təsərrüfatına da ağır ziyan vurur. Hazırda Urmiyə kəndlərində meyvə bağlarının çoxu sıradan çıxıb, ağacların üzərində duz zərrəcikləri görünür.



Fırtına təkcə gölə yaxın şəhər və kəndləri əhatə etmir, şiddətləndiyi zaman Ərak, Qəzvin və hətta Tehrana qədər çatır.

Bu xəbər oxucular tərəfindən 52 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed