Şrift:
ABŞ və İsrail İranın nüvə obyektinə virusu necə “yoluxdurdu”?
03.09.2019 [11:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Stuxnet” virusu İranın Natanze uranın zənginləşdirilməsi müəssisəsində sentrifuqaları sıradan çıxarıb.

“Yahoo News” nəşrinin yaydığı məlumata görə, həmin virusu İrandakı obyektə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ –CIA) və “Mossad”ın tapşırığıyla Hollandiya kəşfiyyatçıları tərəfindən ələ alınmış "köstəbək" təslim edib. 4 kəşfiyyat mənbəyinə görə, Hollandiyanın “AIVD” kəşfiyyat xidməti bir İran mühəndisini ələ alıb. Və həmin mühəndis virusu “USB” fleş-daşıyıcısı vasitəsilə Natanzedəkı nüvə obyektinə çatdırmağı bacarıb.

Bu işi görmək hollandiyalılardan hələ 2004-cü ildə istənilsə də, onlar İran nüvə obyektinə yalnız üç il sonra giriş əldə biliblər. "Köstəbək" müəssisədə işləyən bir mexanik adı altında virusu oraya çatdırıb.

Nə CIA, nə də “Mossad” “Yahoo News”-un bu haqdakı sorğularına cavab verməyib. “AIVD” də onların əməliyyatda iştirakı ilə bağlı şərh verməkdən imtina edib.

Sultan Laçın
Bu xəbər oxucular tərəfindən 363 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed