Şrift:
Şərqi Azərbaycan: Sərdəri şəhərində banka silahlı basqın olub
03.09.2019 [11:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu gün Şərqi Azərbaycanın Sərdəri şəhərində banklardan birinə silahlı basqın olub.

Bu barədə Şərqi Azərbaycan Polis İdarəsinin rəis müavini “İsna” xəbər agentliyinə danışıb:
“Bu gün günorta saatlarında silahlı bir şəxs banka daxil olub. Əlində tapança tutan oğru 40 milyon tümən məbləğində pul götürdükdən sonra bir minik avtomobillə hadisə yerindən qaçıb.”

Haşim Şəfi əlavə edib ki, silahlı oğrunun istifadə etdiyi avtomobil artıq polis tərəfindən kəşf olunub. Oğrunun tapılıb və saxlanılması üçün isə araşdırmalar davam edir.

Yoxsulluqdan dolayı artan oğurluq, talançılıq, soyğunçuluq və s. kimi faktlara İranın bütün bölgələri, o cümlədən Güney Azərbaycan şəhərlərində hər gün rast gəlinir. Bu vəziyyət iqtisadi böhran dərinləşdikcə daha da pisləşir.

N.S
Bu xəbər oxucular tərəfindən 58 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed