Şrift:
Ukrayna Ali Radası deputat toxunulmazlığını ləğv edib
04.09.2019 [10:37] - Gündəm, Siyasət
Ukrayna Ali Radası bu gün keçirilən iclasında deputat toxunulmazlığının ləğv olunması barədə qanun layihəsini qəbul edib.

Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Qanun layihəsinin lehinə 373 deputat səs verib. Sənədi, həmçinin Ukrayna prezidenti imzalamalıdır.

Qanun deputatların Ali Radanın razılığı olmadan cinayət məsuliyyətinə cəlb olunmasını, saxlanmasını, yaxud həbs edilməsini qadağan edən müddəaların konstitusiyadan çıxarılmasını nəzərdə tutur. Bununla yanaşı, deputatlar əvvəlki kimi səsvermənin nəticələrinə, təhqir və böhtan istisna olmaqla parlamentdə səsləndirdilkəri fikirlərə görə hüquqi məsuliyyət daşımayacaqlar.



Emil Hüseynli
Bu xəbər oxucular tərəfindən 40 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed