Şrift:
Rusiyalı deputatlar İstanbulda terror təşkilatlarının vahid siyahısının hazırlanması məsələsini müzakirə edəcəklər
04.09.2019 [10:40] - Gündəm, Siyasət
Rusiya Dövlət Dumasının deputatları İstanbulda keçiriləcək terrorizmlə mübarizəyə dair konfransda terror təşkilatlarının vahid siyahısının yaradılması məsələsini müzakirə edəcəklər.

Bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib. Oktyabrın 11-12-də İstanbulda keçiriləcək regional konfransın işində Rusiya, Türkiyə, İran, Pakistan, Əfqanıstan və Çin parlamentariləri iştirak edəcəklər.

V.Volodin rusiyalı deputatların həmkarları ilə birlikdə terror təşkilatlarının vahid siyahısının yaradılması məsələsini müzakirə edəcəklərini bildirib.

Fəridə Abdullayeva
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed