Şrift:
Ərtoğrol Cavidin 100 illik yubileyinə həsr olunan respublika elmi konfransı keçiriləcək
04.09.2019 [10:41] - Mədəniyyət
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə oktyabrın 22-də “Ərtoğrol Cavid-100” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Akademiyadan bildirilib ki, Ərtoğrol Cavidin 100 illik yubileyinə həsr olunan konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar sentyabrın 15-dək məruzələrinin tam mətnlərini huseinjavid@gmail.com elektron ünvanına göndərə bilərlər.

Məruzələrin tərtibinə dair tələblər:

- Kağızın formatı - A4, Word redaktorunda;

- məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, ortada olmalıdır;

- müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, ortadan yazılmalıdır;

- Həcmi - 5 səhifədən çox olmamalıdır;

- Şrift - Times New Roman 12; sətirlərarası interval - 1,5;

- İstinadlar - avtomatik, səhifənin sonunda (şrift - Times New Roman 10);

- məruzənin sonunda xülasə ingilis dilində 2-4 cümlə.

Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed