Şrift:
ABŞ-dan İrana qarşı yeni sanksiyalar
04.09.2019 [11:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ İran İslam Respublikasının Kosmik Agentliyinə qarşı sanksiya tətbiq edib.

Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sanksiyalar Astronavtika Araşdırma İnstitutu, Kosmik Agentlik və İran Kosmik Tədqiqatlar Mərkəzinə qarşı tətbiq ediləcək.

Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi Cəbəllütariq boğazında Suriyaya neft daşımaqda şübhəli bilinərək Britaniya hərbçiləri tərəfindən saxlanılan İranın "Adrian Darya 1" tankerinə qarşı sanksiya tətbiq edib.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed