Şrift:
Qəzvin Sayğac Fabrikinin fəhlələri etiraz aksiyasını davam etdirib
04.09.2019 [11:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qəzvin Sayğac Fabrikinin fəhlələri gecikmiş əmək haqlarının ödənilməsi tələbi ilə aclıq aksiyasını davam etdirir.

Məlumata görə, avqustun 1-i və 2-də Qəzvin Valiliyinin binası qarşısında fabrikin çox sayda fəhləsi toplaşıb.
Etirazçılar gecikmiş 25 aylıq əmək haqlarının ödənilməsini tələb ediblər.

Fəhlələrdən birinin verdiyi məlumata görə, Qəzvin Əyalətinin yerli orqanları, o cümlədən Valilik etirazçıları dinləmir. Rəsmi orqanların nümayəndələri bildirir ki, bu işə ölkə rəhbərliyi baxmalıdır.

Avqustun 2-də keçirilən etiraz aksiyasında fəhlələrlə birlikdə onların ailə üzvləri də iştirak edib. Etirazçılar Valiliyin binası qarşısına 2 banner asaraq “Bu gün matəm günüdür, fəhlələrin həyatı sual altındadır”, “Valilik dəstək versin” və s. kimi şüarlar səsləndiriblər.


Qəzvin Sayğac Fabriki fəhlələrinin sözlərinə görə, vaxtı ilə fabrikdə 350, hətta 400-ə qədər fəhlə çalışıb. Lakin son aylarda onların sayı 200-ə düşüb.

Fabrikin fəhlələri iyul ayında da bir neçə dəfə oxşar etiraz aksiyaları keçirmişdir.

N.S
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed