Şrift:
Rusiyanın qəzaya uğrayan “Su-25UB” hücum təyyarəsinin pilotları həlak olublar
05.09.2019 [10:47] - Hərb
Xəbər verildiyi kimi, sentyabrın 3-də Rusiyanın “Su-25UB” hücum təyyarəsi Stavropol diyarında qəzaya uğrayıb.

Cənub Hərbi Dairəsinin Hərbi prokurorluğunun məlumatında itkin düşmüş iki pilotun cəsədlərinin təyyarənin içərisində aşkar edildiyi bildirilib. Müdafiə Nazirliyi də pilotların həlak olması xəbərini təsdiq edib. Nazirliyin məlumatında deyilir: “Rusiya Federasiyası Müdafiə Nazirliyinin “Su-25UB” hücum təyyarəsinin qəzaya uğradığı Stavropol diyarının ərazisində fəaliyyət göstərən komissiyası tərəfindən iki pilotun həlak olması müəyyən edilib. Pilotlar katapult etməyə macal tapmayıblar”.
Bu xəbər oxucular tərəfindən 345 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed