Şrift:
“Mən özüm 15-ci maddənin icrasının qarantısı olacam” - İranın yeni təhsil naziri
05.09.2019 [11:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın yeni təhsil naziri Möhsün Hacı Mirzayi ölkədə millətlərin ana dilinin tədrisi ilə bağlı olan konstitusiyanın 15-ci maddəsinin icrasının qarantısı olacağını bildirib.

O bu barədə sentyabrın 3-də parlamentdə təyinatının təsdiqlənməsi ilə bağlı keçirilən iclasda çıxış edib.

Möhsün Haci Mirzayi irəli sürdüyü təklifləri müdafiə edərək ölkə konstityusiyasının 15-ci maddəsinə də işarə edib.

“Mən 15-ci maddənin icrasının qarantisi olacam və bu istiqamətdə görülən işləri daha da genişləndirəcəm. Təhsil Nazirliyinin uzaq hədəflərini reallaşdırmaq üçün mövcud vəziyyətə diqqət yetirmək lazımdır. Realist olmalıyıq, İndiki vəziyyətdə realist olmaq öz həllini tapmayan və narahatlıq yaradan məsələləri imkan daxilində həll etməkdən ibarətdir. Bundan sonra uzaq gələcəyi düşünüb və bu istiqamətdə böyük addımlar atmaq mümkün olar.”- deyə o bildirib.

Möhsün Hacı Mirzayi bu barədə Twitter səhifəsində də məlumat paylaşıb:
“Mən 15-ci maddənin icrasının qarantısı olacam. Biz elə bir istiqamətə yönəlməliyik ki, yerli dil və mədəniyyətlərin qorunub saxlanılması ilə yanaşı ikidilli bölgələrdə şagirdlərin fars dilini yaxşı öyrənməsi üçün şərait olsun, onlar bu dildə yaxşı yazıb və oxuya bilməlidir. Həmçinin onların gələcəyi üçün bacarıqlarını məhdudlaşdıran istənilən amili aradan aparmalıyıq.”

Sentyabrın 3-də İran parlamenti Möhsün Hacı Mirzayinin təhsil naziri postuna təyinatını təsdiq edib. Parlamentin 200 deputatı onun lehinə, 48-i isə əleyhinə səs verib. 7 nəfər bitərəf qalıb.
Parlamentdə səsvermə ölkə prezidenti Həsən Ruhanının iştirakı ilə keçirilib.

Konstitusiyanın 15-ci maddəsinin icrası və ana dilində təhsil almaq hüququ Güney Azərbaycan türk millətinin əsas tələblərindən biridir. Həsən Ruhani prezident seçkiləri zamanı məktəblərdə türk dilinin tədris olunacağı barədə vəd versə də təssüflər olsun ki, verilən vəd yerinə yetirilmədi. Hətta bu müddətdə keçmiş təhsil naziri Məhəmməd Bəthayinin şagirdlərə yerli dillərdə dərs keçməyin təhlükəli və qadağan olduğuna dair açıqlaması və ötən həftələrdə şagirdlər üzərində “farsca yetərlilik” testinin tətbiq olunmasına da şahid olduq.
Bu xəbər oxucular tərəfindən 46 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed