Şrift:
Türkiyədə İrana casusluqda şübhəli bilinən 11 nəfər saxlanılıb
29.08.2012 [15:55] - Gündəm
Türkiyənin İqdır vilayətində İranın xeyrinə casusluqda şübhəli bilinən 11 nəfər saxlanılıb.

Bu barədə "Hürriyyət" qəzeti məlumat verib.

Xüsusi əməliyyat gedişində iki İran vətəndaşı - Məhəmməd Rza İsmailpur və Şəhram Zərqam saxlanılıb. Onlar Türkiyə ərzisində olan Suriya müxalifətçiləri haqqında məlumatların ötürülməsində günahlandırılırlar.

Qəzetin məlumatına görə, saxlanılanların izlənməsi bir il davam edib. Müəyyən olunub ki, onlar polis binalarının və hərbi obyektlərin video və fotoşəkillərini çəkiblər. Toplanan məlumatlar İranın xüsusi xidmət orqanlarına ötürülüb.

İran vətəndaşalrı ilə birgə səkkiz Türkiyə vətəndaşı da saxlanılıb. Faktla bağlı cinayət işi qaldırılıb.
Bu xəbər oxucular tərəfindən 1009 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed