Şrift:
Təbriz həndəvərində yerləşən qeyri-rəsmi yaşayış məntəqələri GÖRÜNTÜLƏRDƏ
06.09.2019 [11:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son illərdə Güney Azərbaycanın böyük şəhərlərinin həndəvərində qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşan əhalinin sayı artıb. Bu məsələ sakinlərlə yanaşı şəhərlərin görkəmi və yerli əhali üçün də ciddi sıxıntılar yaradır.

Güney Azərbaycanın mərkəzi şəhəri olan Təbriz də bu vəziyyətdən əziyyət çəkən şəhərlər sırasındadır.

Ekspertlər önləyici tədbir kimi, kəndlərdə iqtisadi durumu yaxşılaşdırmaq və kənd təsərrüfatını inkişaf etdirməyi təklif edir. Lakin dövlətin laqeyd münasibəti nəticəsində kəndlərdə heyvandarlıq və əkinçilik inkişaf etmir, ona görə də böyük şəhərlərə üz tutan kəndlilərin sayı günü-gündən artır.

Şəhər həndəvərində məhkumlaşan əhalinin bir çox sıxıntısı var. Bu məhəllələrdə elə dar küçələr var ki, iki insan eyni vaxtda çox çətinliklə hərəkət edə bilir. Şübhəsiz ki, bu vəziyyətdə yanğın, zəlzələ, torpaq sürüşməsi və s. kimi fəlakətlər baş verərsə, böyük faciəyə şahid ola bilərik.
İşsizlik, yoxsulluq, ictimai və mədəni problemlər, uşaqlar üçün əyləncə mərkəzlərinin olmaması, səhiyyə və təhsil imkanlarının məhdud olması, içməli su, əhali sıxlığı, müxtəlif cinayət faktları və s. kimi problemlər qeyri-rəsmi yaşayış məntəqələrində hökm sürməkdədir.

Yerli əhali və bəzi məsullar vəziyyətin olduqca ağır olduğunu vurğulayaraq problemi aradan qaldırmaq üçün dəfələrlə dövlətdən yardım istəyiblər, lakin şəhər və onun həndəvərindəki yaşayış məntəqələrinin vəziyyətində heç bir dəyişiklik müşahidə olunmur.

“Fars” xəbər agentliyindən götürülən şəkillər sözügedən yaşayış məntəqələrinin durumunu qisməndə olsa əks etdirir:
Təbriz həndəvərində yerləşən qeyri-rəsmi yaşayış məntəqələri GÖRÜNTÜLƏRDƏTəbriz həndəvərində yerləşən qeyri-rəsmi yaşayış məntəqələri GÖRÜNTÜLƏRDƏTəbriz həndəvərində yerləşən qeyri-rəsmi yaşayış məntəqələri GÖRÜNTÜLƏRDƏTəbriz həndəvərində yerləşən qeyri-rəsmi yaşayış məntəqələri GÖRÜNTÜLƏRDƏTəbriz həndəvərində yerləşən qeyri-rəsmi yaşayış məntəqələri GÖRÜNTÜLƏRDƏ
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed