Şrift:
Azərbaycan Müdafiə nazirinin müavini Cənubi Koreyalı həmkarı ilə görüşüb
07.09.2019 [11:24] - Gündəm, Hərb
Seul şəhərində keçirilən "Seul Müdafiə Dialoqu - 2019" beynəlxalq müdafiə və təhlükəsizlik konfransında iştirak edən Azərbaycan Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Koreya Respublikasının Milli Müdafiə nazirinin Müdafiə Siyasəti üzrə müavini cənab Çunq Sukvan ilə görüşüb.
Tərəflər iki ölkə arasında mövcud hərbi əməkdaşlığın cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə edərək hərbi təhsil sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, Cənubi Qafqaz və Koreya yarımadasında mövcud hərbi-siyasi durum barədə ətraflı fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 47 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed