Şrift:
AŞPA-nın payız sessiyasının gündəliyi açıqlanıb
07.09.2019 [11:39] - Gündəm, Siyasət
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sentyabrın 30-dan oktyabrın 4-dək keçiriləcək payız sessiyasının gündəliyi açıqlanıb.

Avropa Şurasının 70 illiyinə həsr olunan və Assambleyanın sabiq sədrlərinin də iştirakı ilə keçiriləcək sessiyada oktyabrın 1-də Fransa prezidenti Emmanuel Makron çıxış edəcək, sonra da Assambleya üzvlərinin suallarına cavab verəcək.

Sessiyada Krım tatarları, iqlim köçkünləri, Şərqi Avropada əmək miqrasiyası ilə bağlı məsələlər, Moldovada demokratik təsisatların yaranmasına dair hesabat, Şimali Makedoniya ilə monitorinqdən sonrakı danışıqlarla bağlı məsələlər müzakirə olunacaq.
Bu xəbər oxucular tərəfindən 40 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed