Şrift:
Yaxın vaxtlarda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq
07.09.2019 [11:41] - Gündəm, Siyasət
Yaxın vaxtlarda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçiriləcək.

Bunu Ermənistanın XİN başçısı Zohrab Mnatsakanyan sentyabrın 6-da Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

“Görüş planlaşdırılır. O, yaxın günlərə nəzərdə tutulub. Ancaq görüşün tarixinin eyni vaxtda açıqlanması ilə bağlı razılaşma var. Mən də XİN başçıları və ATƏT-in Minsk qrupu həmsədrlərinin razılaşmasını pozmaq istəmirəm”, - o vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 316 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed