Şrift:
Radikal kürd kanalı Qaradağ meşələrində baş verən yanğının məsuliyyətini üzərinə götürüb
07.09.2019 [11:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Kürd radikal qruplarından biri avqust ayında Qaradağ meşələrində baş verən yanğının məsuliyyətini üzərinə alıb.



Bir ildir fəaliyyətə başlayan “Kürdistan üçün müstəqillik” (SBK secretariat) Teleqram kanalı geniş miqyaslı yanğının məsuliyyətini üzərinə götürərək bildirib ki, “Kürdistan üçün müstəqillik hərəkatının könüllü üzvləri”ndən biri Qaradağ meşələrini yandırıb.



“Qaradağ meşlərini yandırmaq üçün xüsusi taymerdən istifadə olunub. Belə ki, taymer şənbə günü meşədə quraşdırılıb, lakin bir gün sonra fəallaşıb və yanğına səbəb olub. Meşəni yandıran qrup üzvü hazırda sağ və səlamətdir.”- deyə məlumatda qeyd olunub.



Radikal qrup bundan əlavə türkləri təhdid də edib. Bildirilib ki, “sizə (türklər) zərbə vurmaq üçün əldə olan bütün imkanlardan istifadə olunacaq.”



Hələlik Şərqi Azərbaycan məsulları kürd radikal qrupunun açıqlamasına heç bir reaksiya verməyib.



Yüzlərlə hektar meşənin yanaraq sıradan çıxması ilə nəticələnən yanğının səbəbi ilə bağlı müxtəlif fikirlər var. Yanğın davam etdiyi günlərdə Şərqi Azərbaycan Təbii Fəlakətlər İdarəsinin baş direktoru Məhəmmədbağır Hünərbər yanğının insan müdaxiləsi nəticəsində əmələ gəldiyini, bununla bağlı 3 nəfərin saxlanılaraq məhkəməyə təhvil verildiyini bildirmişdir.



Xatırladaq ki, ötən aylarda Türkiyədə baş verən meşə yanğınlarının məsuliyyətini də PKK terror qruplaşmasına bağlı olan bir qruplaşma üzərinə götürmüşdür. Qruplaşma törətdiyi dəhşətli əməli Türkiyə dövlətindən “odlu intiqam” adlandırmışdır.
Bu xəbər oxucular tərəfindən 49 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed