Şrift:
Xorasan türklərinin qocaman ustad aşığı vəfat edib
07.09.2019 [12:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xorasan türklərinin qocaman aşıqlarından (baxşı) olan Ayməhəmməd Yusifi vəfat edib.



Tanınmış sənətkar sentyabrın 5-də 96 yaşında həyatla vidalaşıb.



Ayməhəmməd Yusifi 1923-cü ildə Rəzəvi Xorasan Əyalətinin Dərgəz şəhərinin türklərin yaşadığı Təgən kəndində dünyaya göz açıb.

Mərhum məşhur türk şairi Olyaqlı Yeganənin şagirdi olub. O xüsusi ipək tari üzrə ustad olub, bu tarın səsi adi tarlara nisbətən daha bəmdir.



Ayməhəmməd Yusifi mif və hikayə deməkdə, həmçinin qədim yerli ayinləri bilib anlatmaqda da ustad olub.



Türk dünyasında “aşıq”, “ozan”, “bamsı” və “baxşı” adı ilə tanınan saz-söz adamları türk millətinin qədim mədəniyyəti və ənənələrinin qorunub saxlanılmasında hər zaman böyük rol oynayıblar. Bu sənət Güney Azərbaycanda bütün manelərə baxmayaraq inkişaf etməkdədir.
Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed