Şrift:
Azərbaycan xilasediciləri Van bölgəsində daha 3 nəfərin cəsədini taparaq dağıntılar altından çıxarıblar
25.10.2011 [10:35] - Gündəm
Azərbaycan xilasediciləri Türkiyənin zəlzələ baş verən bölgəsində xilasetmə işlərini davam etdirir.

Gecə saatlarında Azərbaycan xilasediciləri tərəfindən daha 3 nəfərin cəsədi tapılaraq dağıntılar altından çıxarılıb.

Bununla da, 24 oktyabrdan bu saatlaradək Azərbaycan FHN-nin xilasediciləri tərəfindən Türkiyənin Erciş şəhərində uçqun və dağıntılar altından 6 nəfər xilas edilib, 10 nəfərin isə cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 1215 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed