Şrift:
Türkiyə və ABŞ-ın quru qoşunları Suriya ərazisində birgə antiterror əməliyyatına başlayıb
09.09.2019 [10:41] - Xəbərlər, Hərb
Türkiyə və ABŞ-ın quru qoşunlarından ibarət birliklər Suriya ərazisində Fərat çayının şərqində birgə antiterror əməliyyatına başlayıb.

Ağır texnikadan ibarət qoşun birləşmələri iki ölkənin silahlı qüvvələrinin ali komandanlarının təmsil olunduğu Türkiyənin Şanlı Urfa bölgəsində fəaliyyət göstərən Birgə Hərəkət Mərkəzindən idarə olunur. Əldə olunmuş razılığa əsasən Suriya ərazisində Türkiyə ilə sərhəd boyunca təhlükəsizlik zonası yaradılmalıdır.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed