Şrift:
Georqi Qaxaria Gürcüstanın yeni Baş Naziri seçilib
09.09.2019 [10:43] - Gündəm, Siyasət
Gürcüstan parlamenti sentyabrın 8-də yeni hökumətə etimad göstərib.

Parlamentin 98 deputatı Georqi Qaxarianın Gürcüstanın yeni Baş Naziri təyin olunmasını dəstəkləyib.

Müxalifət səsvermədə iştirak etməsə də, bu səsvermənin nəticələrinə təsir etməyib.

G.Qaxaria son yeddi ildə hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasının 5-ci Baş Naziri olub.

G.Qaxarianın Baş Nazir postuna namizədliyi hakim partiya tərəfindən sentyabrın 3-də irəli sürülüb.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed