Şrift:
Mərəndin Yekanat Mis Mədəninin fəaliyyəti bölgə əhalisinin nigaranlığına səbəb olur
09.09.2019 [11:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan Əyalətində yerləşən Mərəndin Yekanat Mis Mədəninin fəaliyyəti ətraf məntəqələrdə yaşayan əhali üçün müəyyən problemlər yaradır.

Məlumata görə, Yuxarı Yekan Mədəni 2200 metr hündürlüyü olan məntəqənin ən yüksək zirvəsinin yaxınında yerləşir. Bu dağda təxminən 30 bulaq var, bulaq suları dağa yaxın yerləşən 18 kənddə əkinçilikdə istifadə olunur. Mədəndə gedən işlər nəticəsində dağdan axan suların axarı dəyişir və ətraf kəndlərin suyu kəsilir.

Yerli əhali və ətraf mühit tərəfdarları bu hadisəyə görə bir neçə dəfə toplaşıb və iclaslar keçiriblər. Hətta bununla bağlı səlahiyyətli orqanlara məktub da yazılıb və etiraz məktubu bir çox əhali tərəfindən imzalanıb. Bəziləri isə elmi məqalələr yazaraq hökumətin bu məsələyə diqqətini çəkməyə çalışıb. Təəssüflər olsun ki, bu günə qədər heç bir nəticə alınmayıb, bölgə əhalisinin nigaranlıq və etirazları isə getdikcə artır.
Sözügedən mədən Şərqi Azərbaycan Əyalətinin Mərənd şəhərinin Yamçı bölgəsində yerləşir.

N.S
Bu xəbər oxucular tərəfindən 341 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed