Şrift:
Mərəndli idmançı "Traxtur"un adı altında Ginnes rekordunu qırıb
09.09.2019 [11:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Mərənd şəhərindən olan idmançı Aqil Qardaşzadə "Traxtur" komandasının adı altında dünya rekorduna imza atıb.

O, 90 dərəcəli bucaq altında bir əli üstə və bir ayağının üzərinə 40 pund ağırlığında idman daşı qoyaraq, jim hərəkətləri edib. Qardaşzadə bununla da eyni idman növündə 49 hərəkətlə 2017-ci ildə Birləşmiş Ərəb Əmirliklərində Ginnesin Rekordlar Kitabına düşən iraqlı idmançını üstələyib. Güney Azərbaycanlı idmançı 55 hərəkətlə "Traxtur" Komandasının adını Ginnesə daxil edib.

"Traxtur" Mədəni, İdman və İqtisadi Klubunun rəhbərinin idman üzrə müavini Mirməsum Söhrabi Qardaşzadənin bu uğuru münasibətilə bütün güney azərbaycanlılar və "Traxtur" klubunun tərəfdarlarını təbrik edib. O, rekordun qeydə alınması üçün "Traxtur"un mərəndli idmançıya maliyyə yardımı göstərdiyini deyib.

Qeyd etmək lazımdır ki, "Traxtur" Klubu futbol komandasından başqa, digər sahələrdə də fəaliyyət göstərən idmançılara maddi dəstək göstərir. İndi Aqil Qardaşzadənin rekordu ilə klubun adı Ginnesin Rekordlar Kitabına düşdü. Bu günə qədər çox az sayda idman klubu sözügedən kitaba öz adını daxil etməyə müvəffəq ola bilib.

Ə.A
Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed