Şrift:
Azərbaycanın akrobatika gimnastikası üzrə millisi Sankt-Peterburqda 3 medal qazanıb
11.09.2019 [10:17] - Gündəm, İdman
Sankt-Peterburqda akrobatika gimnastikası üzrə beynəlxalq turnir keçirilib.

İdmançılarımız turniri 3 medalla başa vurublar. Belə ki, beynəlxalq arenada ilk addımlarını atan qarışıq cütlüyümüz Samirə Rüstəmova və Rauf Cabbarovun (11-16 yaş kateqoriyası) çıxışları 80.800 xalla dəyərləndirilib və bununla da onlar gümüş medal qazanıblar.

Turnirdə 13-19 yaş kateqoriyasında mübarizə aparan kişi cütlüyümüz Murad Rəfiyev və Daniel Abbasov da komanda yoldaşlarından geri qalmayaraq, uğurlu çıxışları ilə gümüş medala (83.360 xal) layiq görülüblər.

Komandamızın hesabına növbəti gümüş medalı isə 12-18 yaş kateqoriyasında mübarizə aparan Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz yazdırıb. Qızlarımız 82.850 xal toplayaraq fəxri kürsünün 2-ci pilləsində qərarlaşıblar.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed