Şrift:
AŞPA prezidentinin Azərbaycana səfəri başlayıb
11.09.2019 [12:05] - Xəbərlər, Siyasət
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskyenin Azərbaycana rəsmi səfəri başlayıb.
İkiigünlük səfər çərçivəsində AŞPA prezidentinin Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulub.
Onun Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsi və İntizam Komissiyasının üzvləri ilə görüşlər keçirəcəyi planlaşdırırlıb.
Eyni zamanda L.M.Paskye sentyabrın 11-də Avropa Şurasının 70 illiyi münasibətilə Bakıda keçiriləcək “Bizim hüquqlarımız, bizim azadlığımız, bizim Avropa“ adlı konfransda iştirak edəcək.
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed