Şrift:
Cek Ma “Alibaba” kompaniyasının rəhbəri postunu tərk edib
11.09.2019 [12:05] - Gündəm, İqtisadiyyat
Çinin “Alibaba” kompaniyasının banisi və rəhbəri Cek Ma direktorlar şurasının sədri postundan rəsmən istefaya gedib.

Onu bu postda Baş direktor Deniel Can əvəz edəcək. Bununla yanaşı, “Alibaba” kompaniyasının banisi şirkət tərəfindən vacib qərarların qəbul olunmasında önəmli rol oynayacaq.

Cek Ma 2018-ci il sentyabrın 10-da bir il sonra istefaya gedəcəyi barədə məlumat vermişdi.

Qeyd edək ki, Cek Ma 1999-cu ildə Çinin Xançjou şəhərində “Alibaba” kompaniyasının əsasını qoyub və onu elektron kommersiyası və rəqəmsal ödəmə ilə məşğul olan dünyanın ən iri şirkətinə çevirib. Biznesmen Çinin və dünyanın ən varlı insanlarından biridir.
Bu xəbər oxucular tərəfindən 370 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed